Dövlət internet provayderinin istifadəçiləri haker hücumuna məruz qalıblar
"Aztelekom" dövlət internet provayderinin istifadəçiləri hakerlərin hucumu nəticəsində internetə çıxışda problemlərlə üzləşiblər. Bunu SİA-ya "Aztelekom" İstehsalat Birliyindən məlumat veriblər.
İB-dən deyiblər ki, problemə səbəb TP-LINK istifadəçi modemləri olub: "Bu modemlərin qorunma gücü zəif olduğuna görə hakerlər qanunsuz olaraq istifadəçilərin qurğularına çıxış əldə edə və internet şəbəkəsinə daxil olmağı məhdudlaşdıra bilərlər".
"AztelekomNet" problemi aradan qaldırmaq üçün səhifəsində ADSL-modemlərin tənzimlənməsi ilə bağlı videoməlumat yerləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB