Azərbaycan Müdafiə Nazirliyində çalışan mülki işçilərin sosial təminatının gücləndirilməsi məqsədi ilə təkliflər hazırlanıb. Bu barədə SİA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda Azərbaycan hökumətində baxılan təkliflərdə mülki işçilərin məvaciblərinin artırılması, hərbçilərə verilən bir sıra imtiyazların onlara şamil olunması, xidməti mənzillə təmin olunmaları və digər məsələlər əksini tapır.
Qeyd edək ki, hazırda Müdafiə Nazirliyi strukturunda mülki işçilərin sayının artırılması istiqamətində işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB