TÜRKPA-ya sədrlik Çinə keçəcək

TÜRKPA-ya sədrlik Çinə keçəcək

Bu gün TÜRKPA Baş Katibi Jandos Asanov Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya məsələləri üzrə Departamentinin Direktor müavini cənab Su Fangqiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qurumdan SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iştirakçı dövlət və hökumət başçılarının cari ilin may ayında Şanxay şəhərində keçiriləcək zirvə toplantısı ilə bağlı məsələlərin müzakirə edilməsi olub.

Qeyd edək ki, sözügedən zirvə toplantısında Sədrlik Türkiyədən ÇXR-na keçəcək.

İlk dəfə pan-Asiya təhlükəsizlik strukturunun yaradılması ilə məşğul olan bir konfransın çağırılması ideyası 5 oktyabr 1992-ci ildə BMT-nin Baş Assambleyasının 47-ci Sessiyasında Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayev tərəfindən təklif olunub. Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün effektiv və məqbul bir strukturun yaradılması niyyəti bu təşəbbüsün əsas hərəkətverici qüvvəsi idi.

2006-2008-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin ilk İcraçı Direktoru vəzifəsində fəaliyyət göstərən cənab Jandos Asanov qeyd etdi ki, ötən dövr Qazaxıstan Prezidentinin ideyasının tam zamanında verilmiş bir qərar olduğunu bir daha sübut etdiyini vurğulayıb.

Hazırda CİCA Asiyanın 20-dən artıq ölkəsini bir araya gətirən və müxtəlif sahələrdə etimad tədbirlərini həyata keçirən unikal beynəlxalq platforma kimi formalaşmışdır. CICA-nın müntəzəm fəaliyyəti gələcəkdə Asiyanın hər tərəfini əhatə edən təhlükəsizlik strukturunun yaradılmasına yol açan əsaslı ekspert potensialının toplanmasına imkan verir.

TÜRKPA Baş Katibi CICA-nın Çin Sədrliyi altında ümumi məqsəd və vəzifələrin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli irəliləyişə nail olacağına əminliyini ifadə edib.

Qeyd etmək lazımdır ki, TÜRKPA 2012-ci ildən etibarən CİCA-nın fəaliyyətində müşahidəçi qismində iştirak edir və cari ilin 20-21 may tarixlərində keçiriləcək zirvə toplantısında iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə