Bakı Metropoliteni QSC səhmlərinin 49%-nin Fransa şirkətlərindən birinə satılması barədə yayılan xəbərləri təkzib edib. SİA-ya açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva bildirib ki, məsələ ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Onun sözlərinə görə, QSC səhmlərini hansısa bir xarici şirkətə satmağa hazırlaşmır: "Həmçinin Bakı Metropolitenində gediş haqqının 50 qəpiyə qaldırılması məsələsi də tamamilə səhv məlumatdır".
Qeyd edək ki, bu gün KİV–də Bakı Metropoliteni QSC-nin səhmlərinin 49%-nin Fransa şirkətlərindən birinə satılacağı barədə məlumat yayılıb. Məlumata əsasən, bu səbəbdən də qatarlarda gediş haqqı 20 qəpikdən 50 qəpiyədək qaldırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB