Avstriya telekanalında Bakıda keçiriləcək sərgi ilə bağlı sujet göstərilib

Avstriya telekanalında Bakıda keçiriləcək sərgi ilə bağlı sujet göstərilib

Avstriyanın ORF ("Österreichischer Rundfunk - Austrian Broadcasting") telekanalı Bakıda Heydər Əliyev Mərkəzində keçiriləcək "Silahların əfsanəsi" sərgisi haqqında süjet verib. SİA-nın xəbərinə görə, sujetdə Bakıda keçiriləcək sərgi ilə bağlı hazırlıq işlərinin başlanması və Almaniyadan ölkəmizə gələcək eksponatlarla bağlı məlumat qeyd olunub.

Sujetdə sərginin Heydər Əliyev Mərkəzində keçiriləcəyi və orada aparılan işlərlə bağlı məlumatlar əks olunub.

Qeyd edək ki, martın 15-də Heydər Əliyev Mərkəzində "Silahların əfsanəsi" sərgisinin açılış mərasimi keçiriləcək. Sərgidə Avropanın 16-18-ci əsrlərə aid tarixi silah və zirehli geyimləri nümayiş etdiriləcək. İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunacaq. Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası - Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.

Sərgidə nümayiş olunacaq silah və zirehlər müxtəlif döyüşlərdə iştirak etmiş orijinal nümunələrdir. "Silahların əfsanəsi"nin davam etdiyi müddətdə izləyicilər tarixin canlı şahidi olacaq, hər bir eksponata dair maraqlı faktlar əldə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə