8 mart günü qadınlara gül paylanacaq

8 mart günü qadınlara gül paylanacaq

8 mart - Beynəlxalq Qadınlar Günü İçərişəhərdə xüsusi təmtaraqla qeyd olunacaq. "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən xəbərə görə, martın 8-də İçərişəhərdə "Hər xanım-bir gül" adlı aksiya keçiriləcək. Ənənəvi olaraq, 2011-ci ildən həyata keçirilən aksiyanın əsas məqsədi həmin gün İçərişəhərin qonağı olan hər bir xanımın bayram sevincini artırmaqdır. 8 mart günü Qoşa Qala qapısı meydanından girişdə skripkaçı və 2 pantomima aktyoru tərəfindən İçərişəhər ərazisinə daxil olan xanımlara skripka musiqisinin müşayiəti ilə bir qızılgül təqdim ediləcək.

Tədbirin saat 10:00-dan etibarən başlayacağı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə