Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ekologiya İşçi qrupunun təşkilatçılığı ilə gənclər arasında ekoloji foto-müsabiqə keçiriləcək.
ATGTİ-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, martın 10-də keçiriləcək müsabiqədə 14-29 yaşlı gənclər ekoloji mövzuda çəkilən və təşkilat komitəsinə təqdim olunan fotoşəkillər ilə iştirak edə bilərlər. Layihənin sonunda müsabiqəyə təqdim olunan şəkillərdən ibarət foto sərgi təşkil olunacaq. Sərgidə müsabiqənin qalibləri- ilk üç yerin sahibləri fotoaparat, "i-ped shuffle" və mp-3 player kimi hədiyyələr və diplomlarla mükafatlandırılacaqlar.
Layihənin həyata keçirilməsində məqsəd bacarıqlı fotoqraf gəncləri üzə çıxarmaq, gənclər arasında ekologiyanın təbliğini gücləndirmək, ekologiya sahəsinin problemlərini hərtərəfli təhlil etməkdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB