Sakinlər: "Dövlətimiz bizə evimizin kvadratından iki dəfə artıq ev verəcək"

Sakinlər: "Dövlətimiz bizə evimizin kvadratından iki dəfə artıq ev verəcək"

Bir neçə gün bundan əvvəl Bakı şəhər Tələt Şıxəliyev 8 ünvanında yerləşən bina qaz partlayışından sonra yaranmış qəzalı şərait ucbatından sökülür. SİA xəbər verir ki, qərargahın yerləşdiyi binada üç ailə ilə yanaşı AXCP-nin qərargahı da yerləşib. Mütəxəssislərin yekun rəyi budur ki, binada yaşamaq olduqca təhlükəlidir.

Evləri sökülən sakinlərin sözlərinə görə, bir neçə gün öncə baş vermiş güclü partlayışdan sonra onların evlərinə ciddi ziyan dəyib: "Sevindirici haldır ki, dövlətimiz hadisəyə tez reaksiya verdi, bizim təhlükəsizliyimizin təmin olunması üçün təcli tədbirlər həyata keçirildi. Belə ki, biz qısa müddət ərzində Gənclik tərəfdə yeni tikilən binalardakı mənzillə təmin olunacağıq. Hökumətimizin bizə qarşı olan diqqətindən və qayğısından tam razıyıq. Dövlətimiz bizə evimizin kvadratından iki dəfə artıq ev verəcək".

Binanın digər sakini isə bizimlə söhbətində bir daha əlavə edib ki, dövlətimizin marağı hər bir vətəndaşın yaşayış hüququnu qorumaqdır: "Bəzən kiminsə evinin sökülməsi haqda xəbərlər yayılır və bu xəbəri elə yozurlar ki, guya vətəndaşların haqqı bilərəkdən pozulur. Amma bizim başımıza gələn hadisə onu göstərdi ki, əksinə dövlətimiz bizim qayğımıza qalır. Binada partlayış olandan sonra nə edəcəyimizi bilmirdik. Qəzalı binada yaşamaq qorxusu həqiqətən dəhşətdir. Amma sağ olsunlar, dövlətimiz bizi bizdən yaxşı düşünür. Qışın "oğlan" çağında bayırda qalmadıq.

Bütün xəbərlər Facebook səhifəmizdə