Lənkəranda Beynəlxalq Qadınlar bayramına həsr olunmuş şənlik keçirilib FOTOLAR

Lənkəranda Beynəlxalq Qadınlar bayramına həsr olunmuş şənlik keçirilib FOTOLAR

Martın 5-də 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə "Şah" sarayında təntənəli bayram şənliyi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin digər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun müxtəlif sahələrində çalışan qadınlar iştirak ediblər.

Analara həsr olunmuş şeirlə başlanan mərasimdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qadınları bayram münasibətilə təbrik edib. Tarixə qısa ekskurs edən İcra başçısı bildirib ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərib, cəmiyyət həyatında mühüm rol oynayıb, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlayıblar.

T.Qaraşov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilib. Qadınlar dövlət quruculuğu işlərinə fəal cəlb olunublar. Ümummilli Liderin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

İcra başçısı sonda vurğulayıb ki, respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək, bu gün rayonda uğurla həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.

Sonra T.Qaraşov bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edib.

Lənkəranın incəsənət ustalarının, "Nənələr" folklor qrupunun ifa etdikləri şən, oynaq musiqi nömrələri, 16 saylı uşaq bağçasının fidanlarının nümayiş etdirdikləri rəqs nümunələri şənliyi daha da rövnəqləndirib.

Şirniyyat stolu arxasında keçən şənlik hamıya gözəl ovqat, sevinc duyğuları bəxş edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə