Samux Suvarma Sistemləri İdarəsi rayonda yaz əkinin başlanması üçün suvarılan torpaqlarda su sistemlərini tam hazırlıq səviyyəsinə gətirib. SİA-nın verdiyi məlumata görə, Gülağa Bağırov bu məqsədlə subartezian quyularında və təsərrüfat daxili kanallarda nəzərdə tutulan işlərin yekunlaşdığını bildirib. Ümumiyyətlə 464 ədəd subartezian quyusu, 25 ədəd nasos stansiyası, 65.5 km təsərrüfatlararası, eləcə də, 660 km təsərrüfat daxili kanallara xidmət göstərən Samux Suvarma Sistemləri İdarəsi, rayonun 22 min 780 hektar suvarılan torpaqlarında bu il üçün su sarıdan elə də ciddi problemlərin yaşanmayacağını əmin edir.
İdarənin rəisi Gülağa Bağırovun sözlərinə görə, rayonun təsərrüfat üçün yararlı torpaqlarının hamısı suvarılan torpaqlar olduğundan, hər il su sistemində ciddi islahatlar aparılır: "Belə ki, hər il subartezian quyularının sayına 2-3 ədəd, təsərrüfatdaxili kanalların sayına isə 5 kanal əlavə olunur. Yaxın zamanlarda aqrar rayon kimi tanınan Samuxun becərilən sahələri daha 7 min hektara kimi artırılacaq və həmin ərazilərin suvarılması üçün yeni su sistemləri çəkiləcək".
Qeyd edək ki, Samux rayonunda becərilən torpaqların böyük qismi fərdi təsərrüfatların payına düşür ki, xüsusən yay aylarında suvarmada növbəlilik sistemi tətbiq olunmadığından həmin təsərrüfatlarda su çatışmazlığı yaşana bilər. Bu kimi halların aradan qaldırılması üçün Samux rayonunda daha 16 subartezian quyusunun istifadəyə verilməsi nəzərdə tutulur.
Həmçinin qeyd edək ki, idarə yaz mövsümündə sel sularının yarada biləcəyi fəsadları aradan qaldırmaq məqsədilə çayların və kanalların lildən təmizlənməsi işlərini də aparır. Samuxla yanaşı, Göygöl rayonunda da əkin sahələrinin suvarılması davam etdirilir. Belə ki, 2013-cü ildə rayonda 4 ədəd yeni subartezian quyusu istifadəyə verilib, 2 ədədi isə tam şəkildə təmir edilib. Təxminən 361 min kbm həcmində çay məcrasında təmizlənmə işləri həyata keçirilib. Regionların sosial-iqtisadi dövlət proqramına uyğun olaraq rayon ərazisində irriqasiya sistemlərində cari təmir işləri həyata keçirilib. Həyətyani bələdiyyə torpaqlarının və digər torpaqların suvarılması tam təmin edilib. Təxminən 4990 ha, taxıl bitkiləri, 1677 ha, yem 472 ha tərəvəz, 1798 ha çoxillik bitkilərin, 3249 ha həyətyani sahələrin suvarılması təmin olunub.
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB