Abel Məhərrəmov: "Etiraz edən tələbənin səhhəti yerində deyil"

Abel Məhərrəmov: "Etiraz edən tələbənin səhhəti yerində deyil"

"Bakı Dövlət Universitetindəki (BDU) hadisələr zamanı etiraz edən tələbə artıq məhkəməyə verilməyəcək". SİA-nın xəbərinə görə, bu barədə BDU-nun rektoru Abel Məhərrəmov bildirib.

O, bunu həmin tələbəni ondan üzr istəməsi ilə əlaqələndirib: "Artıq həmin tələbə məhkəməyə verilməyəcək. Çünki tələbə qəbulumda oldu və məndən çox razı olduğunu bildirdi. Çünki mən onu xaric olunduqdan sonra universitetə bərpa etmişdim. Hətta maliyyə yardımı da etmişik. O bildirdi ki, səhhəti yerində deyil, ona görə də özündə olmur. Mən də onu bağışladım.

Artıq həmin tələbə akademik möhlət üçün ərizə yazıb. Çünki səhhəti yaxşı deyil. Ona görə də tələbənin məhkəməyə verilməsi məsələsi gündəmdə deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə