Səlim Müslümov 145 dövlət qulluqçusunu tənbehləyib

Səlim Müslümov 145 dövlət qulluqçusunu tənbehləyib

2013-cü ildə İnsan hüquqları üzrə Müvvəkkilin (Ombudsman) ünvanına əmək hüquqları ilə bağlı 709 müraciət daxil olub. SİA-nın xəbərinə görə, bu barədə Ombudsmanın parlamentin iclasında təqdim etdiyi illik hesabatda qeyd olunub. Hesabatda bildirilir ki, əmək qanunvericiliyinin tələblərinin pozulması, o cümlədən əmək haqqının verilməməsi halları ilə bağlı şikayətlər əsasən özəl müəssislərlə bağlı olub.

Bununla yanaşı, Müvəkklin ünvanına keçən il sosial təminat hüququ ilə bağlı daxil olan 1,118, o cümlədən pensiya təminatı ilə bağlı 234, ünvanlı dövlət sosial yardımı ilə bağlı 542 müraciət daxil olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi tərəfindən qeyri-etik hərəkətlərə yol verən 145 dövlət qulluqçusu barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən korrupsiya hallarının qarşısının alınması və buna səbəb olan şəraitinin aradan qaldırılması üçün 2013-cü ildə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ümumilikdə 166 nəfər cavabdeh vəzifəli şəxs barəsində tənbeh tədbirləri görülüb, onlardan 66 nəfəri işdən çıxarılıb, 56 nəfərə töhmət, 44 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Ötən il mülkiyyət hüququnun pozulması ilə bağlı 2.257 müraciət daxil olub. Bu müraciətlərdə əsasən mülkiyyətdə olan əmlakının (evin, tikilinin), o cümlədən müvafiq məhkəmə qərarı olmadan yerli icra hakimiyyəti orqanı tərəfindən sökülməsi, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin ictimai ehtiyaclar üçün geri alınması və əvəzinin ödənilməməsi öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə