Qanunsuz ayrılan 3460 ha torpaq sahəsi geri qaytarılıb

Qanunsuz ayrılan 3460 ha torpaq sahəsi geri qaytarılıb

2013-cü il ərzində bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 3460 hektara yaxın torpaq sahəsi geri qaytarılıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, inzibati icraat nəzarəti zamanı bəzi bələdiyyələrin fəaliyyətində aşkar edilən cinayət xarakterli qanun pozuntuları və maliyyə əyintiləri ilə əlaqədar 25 faktla bağlı materiallar aidiyyəti üzrə prokurorluğa göndərilib. Onlardan 7-si üzrə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə