İstintaq təcridxanasına narkotiklə girmək istədi

İstintaq təcridxanasına narkotiklə girmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsdən narkotik vasitə götürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 177.2.1; 181.2.1; və 234.1 maddələri ilə təqsirli bilinərək həbs edilən şəxs Kamran Bəhram oğlu Qafarov etapla Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasına daxil olarkən əşyalarına və üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin cibindən sellofana bükülmüş, xalis çəkisi 0.241 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə