Fikrət Məmmədov Almaniyanın səfiri ilə görüşüb

Fikrət Məmmədov Almaniyanın səfiri ilə görüşüb

Ədliyyə naziri Fikrət Məmmədov Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempellə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir məhkəmə-hüquq islahatları, yeni məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması barədə məlumat verib.

Görüşdə əməkdaşlığın perspektivləri, habelə inzibati ədliyyə, müasir məhkəmə və penitensiar infrastrukturun yaradılması, hakimlərin tədrisi və s. məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə