“Formula-1”yarışı Bakıda keçiriləcək

“Formula-1”yarışı Bakıda keçiriləcək

"Formula-1" yarışı üzrə dünya çempionatının rəhbəri Berni Ekklstoun yarışın mərhələlərindən birinin Azərbaycanın paytaxtı Bakıda keçirilməsinə dair müqavilə imzalayıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Ekklstounun sözlərinə görə, Azərbaycanda Qran-Pri yarışları 2015-ci, yaxud 2016-cı ildə keçiriləcək: "Biz Azərbaycana gedirik. Orada yarışların 2015-ci ildə keçirilməsi barədə danışırlar. Bəlkə də bu çox tezdir, amma ehtimal mövcuddur. Ancaq daha böyük ehtimalla, mərhələ 2016-cı ildə keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə