Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərilə görüşüb. Millət vəkili seçicilərinin müraciətlərinə baxıb.
Müraciət edən seçicilərin əksəriyyəti sosial problemlərilə bağlı fikirlərini diqqətə çatdırıblar. İşlə təminatla bağlı müraciət edən seçicilərin probleminə yerindəcə reaksiya verilib.
Millət vəkili rayon Məşğulluq İdarəsinə müraciət edib və məsələ həllini tapıb.
Həmçinin, mənzil, əfv, cinayət işlərinin araşdırılması və digər problemlərlə bağlı olan müraciətlərə əsasən aidiyyatı orqanlara deputat sorğuları göndərilib.
Qeyd edək ki, deputatın seçicilərilə görüşləri həm qərargahda, həm də səyyar şəkildə ayrı-ayrı məhəllələrdə baş tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB