Tələbələr “İxtisasımın simaları”nı tanıyacaq

Tələbələr “İxtisasımın simaları”nı tanıyacaq

Ötən gün Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının (MAA TGT) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatı dəstəyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İxtisasımın simaları layihəsi reallaşdırılır. SİA-nın məlumatına görə, "İxtisasımın simaları" layihəsi tələbə gənclərə təhsil aldıqları ixtisasın məşhur simaları ilə tanış olmağa kömək edəcək, eyni zamanda onlara motivasiya verəcəkdir. Layihə çərçivəsində hər bir tələbə təhsil aldığı ixtisasın məhşur simalarını tanıyacaq, həmçinin onların nail olduqları uğurlarla tanış olmaq şansını qazanacaqlar.

Layihəni həyata keçirməkdə məqsəd tələbələrin öz ixtisaslarına qarşı maraqlarının artması, təhsil aldıqları sahənin məşhurları ilə tanış olmaq imkanını qazandırmaqdır. Bununla da gənclər onların təhsil aldıqları ixtisasın malik olduğu imkanları daha yaxşı dərk edə biləcəklər.

Layihə çərçivəsində hazırlanmış kitabça və posterlərdə Nərgiz Paşayeva, Ayaz Salayev, Elnur Məmmədli, Polad Bülbüloğlu, Bill Gates, Steve Jobs, Michelle De Bakey və digər məhşur şəxslər yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə