Ağcabədidə "Azərbaycan kadrlarda" fotomüsabiqəsi layihəsinə başlanılıb. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanın bölgələrindəki gənc fotoqrafları bir araya gətirmək, onlar arasında bir şəbəkə sisteminin yaradılmasına nail olmaq, fotomüsabiqə vasitəsilə ölkəmizi təbliğ etməkdən ibarətdir.
Layihədə Azərbaycanın bütün regionlarından olan 14-29 yaşlı 50 gənc fotoqraf iştirak edəcək.
Təqdim olunan fotolardan ən yaxşı 30-u seçilərək üçgünlük sərgidə nümayiş olunacaq, yekunda I, II və III yerlər üzrə qaliblər mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB