Martın 4-də Lənkəranda Od çərşəmbəsi ilə bağlı bayram tədbiri təşkil edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbir zamanı tonqal yandırılıb, Keçəlin, Kosanın iştirakı ilə səhnəciklər təqdim olunub. Yerli sənətçilərin ifasında rəngarəng musiqi nömrələri səsləndirilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ziyalıları və əhali iştirak edib.
Sərraf Mirsəfəroğlu



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB