Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Sazişin təsdiq edilməsi müzakirə olunub. SİA-nın xəbərinə görə, qanun layihəsi barədə məlumat verən MM-in İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sazişin müddəaları Azərbaycanla Polça arasında onların ərazilərindən tranzitlə və üçüncü dövlətin ərazisi ilə razılığa gələn tərəfin ərazisi arasında, həmçinin əks istiqamətdə razılığa gələn tərəflərdən birinin dövlətinin ərazisində qeydə alınan avtomobil nəqliyyatı avsitəsi ilə həyata keçirilən beynəlxalq sərnişin və yük daşımalarına tətbiq olunur.
Onun sözlərinə görə, razılığa gələn tərəflərdən birinin daşıyıcısının digər razılığa gələn tərəfin dövlətinin daxili qanunvericiliyi ilə nəzərdə tutulan icazəni almadığı təqdirdə həmin razılığa gələn tərəfin ərazisində yerləşən iki məntəqə arasında sərnişin və yük daşımasını həyata keçirilməsinə icazə verilmir: "Razılığa gələn tərəflərin dövlət maraqları və dövlət təhlükəsizlik məsələlərinə toxunduğu təqdirdə hazırkı saziş tranzit üzrə qadağaların tətbiqini istisna etmir. Saziş qeyri-müəyyən müddətə bağlanılır. Sənəd razılığa gələn tərəflərdən hər birinin nota verməsi ilə ləğv oluna bilər. Belə olduğu halda saziş ləğv etmə haqqında nota alındığı gündən 6 ay keçdikdən sonra qüvvədən düşür".
Qeyd edək ki, müzakirələrin sonunda qanun layihəsi qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB