“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabı təqdim olunub

“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabı təqdim olunub

Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" adlı monoqrafiyasının nəşr olunan I cildi AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna daxil olub. Fonda daxil olan kitabın MEK-in Heydər Əliyev İrsinin Təbliği Şöbəsində təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, şöbə müdiri Gülşən Əliyeva çıxış edərək monoqrafiya haqqında fikirlərini söyləyib: "Ulu Öndər Heydər Əliyevin çıxış və nitqlərinin araşdırılması bugün də aktuallığını qoruyub saxlamaqdadır. Heydər Əliyev dühasını nümayiş etdirmək üçün Onun haqqında silsilə olaraq kitabalar çap edilir. Bu kitablardan biri də bugünlərdə işıq üzü görən və kitabxanamızın fonduna yeni daxil olan Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" monoqrafiyasıdır. 14 fəsildən ibarət olan bu kitabın hər bir fəslində Heydər Əliyev nitqinin özünəməxsusluğundan söhbət açılır. Bu kitab hər birimizin stolüstü kitabımız olacaq və buradan natiqlik sahəsində bir çox şeylər əxz edəcəyik".

Sonra şöbənin əməkdaşı Aytən Qəzənfərqızı söz alaraq, filologiya elmləri doktoru, professor Məsud Mahmudovun elmi redaktorluğu ilə çap olunan monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışlarının kompleks şəkildə araşdırıldığını bildirib.

O həmçinin kitabda Heydər Əliyev nitqində girişlər və sonluqlar, fəlsəfilik, səmimiyyət, qətiyyət, nikbinlik, poetizm, proqnozlar kimi elementlər, eləcə də onun fərdi üslubunun dərindən tədqiq edildiyini deyən şöbə əməkdaşı, monoqrafiyanın siyasət, dilçilik, diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsait olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə