Novruz Bayramında Bulvara yeni atraksionlar gətiriləcək? AÇIQLAMA

Novruz Bayramında Bulvara yeni atraksionlar gətiriləcək? AÇIQLAMA

"Biz hər il olduğu kimi, Dənizkənarı Bulvar ərazisində yaşıllıq sahəsinin göz oxşamasına diqqət yetiririk. Artıq qış mövsümü geridə qalıb və soyuqdan qorunmaq üçün üstüörtülü olan ağacların, kolların üstü açılıb. Havaların isinməsi ilə əlaqədar daha üstüörtülü ağaclar qalmayacaq". Bunu SİA-ya Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Novruz bayramı ərəfəsində bulvarda gedən hazırlıq işləri barəsində danışarkən deyib.

Nazim Məcidovun sözlərinə görə, hər il olduğu kimi, bu il də Novruz bayramı tədbirləri dənizkənarı bulvar ərazisində keçiriləcək: "Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı xüsusi komissiya yaradır. Bulvarın nümayəndəsi kimi mən özüm də həmin komissiyanın tərkibindəyəm. Deyə bilərəm ki, hazırlıq işləri tam yüksək səviyyədə aparılır. Artıq bu işlərə ötən həftədən start verilib. Hər gün demək olar ki, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları əraziyə gələrək hazırlıq işləri ilə yerindəcə tanış olurlar. Bayram ərəfəsində yeni atraksionların gətirilməsi gözlənilmir. Lakin uzun müddət inşası planlaşdırılan atraksionun quraşdırılması nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə