Qənirə Paşayeva: "Hepatit C ilə bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır"
Millət vəkili Qənirə Paşayeva parlamentin bugünkü iclasında çıxışı zamanı Hepatit C xəstəliyinin yayılması hallarının qarşısının alınması və bu xəstələrə dəstək göstərilməsi istiqamətində dövlət proqramına ehtiyac olduğunu deyib. SİA-nın xəbərinə görə, millət vəkili bildirib ki, adıçəkilən virusa yoluxan insanların sayı günü-gündən artır.
Onun sözlərinə görə, Hepatit C ağır xəstəliklərin əsasını qoyur. Müalicəsi isə çox çətin və bahalıdır: "Hepatit C-yə yoluxan insanların bir çoxunun xəstəliklə mübarizə istiqamətində müalicə alma imkanları çox məhduddur. Ona görə də əhalinin bu istiqamətdə maarifləndirilməsi və dövlət dəstəyi olduqca vacibdir. Bu xəstəliyin getdikcə çoxalması hamını narahat edir. Bu istiqamətdə əhalinin maarifləndirilməsinə, profilaktik tədbirlərin gücləndirilməsinə və insanların müalicəsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsinə ciddi ehtiyac var. Bu istiqamətdə xüsusi dövlət proqramının olması da labüddür. Bu istiqamətdə görülən tədbirlər virusa yoluxan insanların sayının sürətlə artmasının qarşısının alınmasında vacib məsələlərdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB