Putin: “Biz Ukrayna ilə mübarizə aparmayacağıq” Mətbuat Konfransı-CANLI YAYIM
Bu dəqiqələrdə Rusiya prezidenti Vladimir Putin Moskvadakı iqamətgahında Ukraynadakı vəziyyətlə bağlı mətbuat konfransı keçirir.
"Krımın Rusiyaya birləşdirilməsi məsələsinə baxılmır. Krım əhalisi azaddır və öz taleyini müəyyən etmək hüququna malikdir". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın prezidenti Vladimir Putin mətbuat konfransında deyib.
"Heç kim xalqın öz müqəddəratını təyin etmək hüququnu ləğv edə bilməz. Biz heç bir halda heç kimi məcbur etmək niyyətində də deyilik. Yalnız məlum ərazilərdə yaşayan vətəndaşlar öz müqəddaratını seçə bilərlər"- deyə, Putin vurğulayıb.
Dövlət başçısı Rusiyanın Krıma maliyyə yardımı edəcəyini də bildirib.
Rusiya silahlı qüvvələrinin Ukraynana göndərilməsi məsələsinə gəlincə, ölkə başçısı bildirib ki, hələlik buna ehtiyac yoxdur. Lakin bu istisna da deyil: "Silahlı qoşunların Ukraynada təlim keçməsi oradakı hadisələrlə əlaqəli deyil. O ki qaldı qoşunların Ukrayana göndərilməsi məsələsinə, hələlik buna ehtiyac yoxdur. Hərbdən ən son halda istifadə etmək olar. Lakin Ukraynanın keçmiş prezidenti vətəndaşlarının qorunması ilə bağlı bizə rəsmi şəkildə müraciət edib. Biz də öz növbəmizdə Ukrayna, eləcə də Kiyevdə müəyyən qüvvələrin anti-millətçi təbliğatlarına nəzarət edirik".
Putin həmçinin vurğulayıb ki, Ukraynaya qoşun yeritmək ən son atıla biləcək addımdır: "Ukrayna bizim ən yaxın qonşumuz və qardaş Respublikadır. Bizim silahlı qüvvələrimiz dost, silahlı yoldaşdırlar. Düşünürəm ki, həm Ukrayna, həm də Rusiyanın silahlı qüvvələri birləşərək eyni tərəfdə olacaqlar. Hazırda Krımda bu baş verir. Heç bir atışma və ya qarşıdurma olmayıb. Bizim atdığımız yeganə addım müəssisələrimizin mühafizə sisteminin gücləndirilməsidir. Biz qarışmaq fikrində deyilik. Lakin düşünürük ki, hər bir ukraynalı öz gələcək həyatını müəyyənləşdirmək hüququna malikdir və heç kim bu hüququ onlardan ala bilməz. Biz Ukrayna əhalisi ilə mübarizə aparmayacağıq. Əgər biz ora qoşun göndərmək məcburiyyətində qalsaq, bunu yalnız əhalinin qorunması naminə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB