"Səlim Müslümov sübut etdi ki, Füzuli Ələkbərov cəfəngiyyatla məşğul olub"
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc ABŞ-ı və keçmiş nazirlər Füzuli Ələkbərovla Səfər Əbiyevi sərt tənqid edib. SİA-nın xəbərinə görə, Z. Oruc bildirib ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan Ordusu ilə bağlı tənqidi məqamların olmasına baxmayaraq, bu ölkənin öz ordusunda da ciddi nöqsanlar, hətta vətəndaşın şəxsi həyatına müdaxilə ilə bağlı faktlar var.
Z. Oruc eyni zamanda Azərbaycanda sağlam mühitin yaradılmasına stimul verən əməllərin davam etdirilməsini zəruri sayıb: "Məsələn, Səlim Müslümovun fəaliyyəti sübut etdi ki, Füzuli Ələkbərov əslində cəfəngiyyatla məşğul olub. Yaxud Zakir Həsənovun fəaliyyəti göstərdi ki, kabinet naziri olmaq olmaz. Məncə, bundan örnək götürmək, nəticə çıxarmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB