2013-cü il ərzində hərbi prokurorluq orqanlarında qeydə alınan hərbi cinayətlərin 14,8 faizi Cinayət Məcəlləsinin 331-ci (hərbi qulluqçuları döymə, təhqir etmə və işgəncə vermə), 34,4 faizi isə 332-ci (tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi üzrə olub. SİA-nın xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü il üzrə illik məruzəsini təqdim edərkən deyib.
O bildirib ki, övladları müddətli hərbi xidmətdə olan və sağlamlıq durumu pisləşmiş hərbi qulluqçuların valideynlərinin şikayətləri narahatlıq doğurur. Belə hallar cəmiyyətdə hərbi qulluğa düzgün münasibətin formalaşmasına mənfi təsir göstərir.
Ombudsman qeyd edib ki, müraciətlərin araşdırılması göstərir ki, hərbi xidmətdə sağlamlıq vəziyyəti və psixoloji durumlarında müəyyən problemləri olmaqla xidmətə yararsız olan əsgərlərə, hətta zabitlərə də rast gəlinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB