"Sovetski" məsələsi ilə bağlı Nazirlər Kabinetində xüsusi iclas keçiriləcək
Milli Məclisin bu gün keçirilən iclasında Bakının "Sovetski" məhəlləsindəki söküntü ilə bağlı məsələ qaldırılıb. SİA-nın məlumatına görə, iclasda çıxış edən deputat İqbal Ağazadə bildirib ki, sakinlərə verilən kompensasiya onların yeni mənzillə təmin olunmalarına imkan vermir.
Deputat qeyd edib ki, kompensasiyaların miqdarına yenidən baxılmalıdır: "Heç olmasa evlərinin kvadratmetri az olanlara ev verilsin. Bu insanları dədə-baba evlərindən çıxararaq az miqdarda pul verməklə narazı kütlə yaratmağın nə anlamı var? Mən təklif edirəm ki, bu məsələ ilə bağlı parlament olaraq Nazirlər Kabinetinə müraciət edək, buna yenidən baxılsın".
Deputata cavab verən spiker Oqtay Əsədov bildirib ki, bir-iki günə Nazirlər Kabinetinin bununla bağlı xüsusi iclası olacaq və nəticəsi parlamentə bildiriləcək: "Heç kim oradan məcburi köçürülməyəcək. Biz Nazirlər Kabinetinin həmin iclasının nəticəsini gözləyirik. Lazım gəlsə, əlbəttə parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB