"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, martın 5-də paytaxtda və yarımadada şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək: "Havanın temperaturunun gecə 4-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir".
Məlumata əsasən, sabah ölkənin bölgələrində hava şəraitinin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir: "Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB