Penitensiar Xidmətin rəisi Mədət Quliyev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayini qəbul edib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qəbul zamanı iki ölkə arasında ədliyyə sahəsində beynəlxalq və ikitərəfli sahədə görülmüş işlər və gələcək əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.
Möhsün Pak Ayin Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılmış şəraitdən məmnun olduqlarını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB