Qəbələdə yenə zəlzələ olub

Qəbələdə yenə zəlzələ olub

Qəbələ rayonunda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ martın 4-də saat 08:16-da Qəbələdən 11 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala yaxın hiss olunub.

Tikililərdə dağıntı yoxdur.

Qeyd edək ki, Qəbələ ərazisində dünən də yeraltı təkan qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə