“Düzgün ixtisas seçimi” layihəsi həyata keçirilir

“Düzgün ixtisas seçimi” layihəsi həyata keçirilir

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə "Düzgün ixtisas seçimi" layihəsi reallaşdırılıb. SİA-nın məlumatına görə, layihənin əsas məqsədi məktəblilər və abituriyentlərlə bağlıdır. İlk təlim Xətai rayonunda yerləşən 88 nömrəli məktəbdə baş tutub və layihənin bundan sonra da davam edəcəyi nəzərdə tutulub.

Layihə çərçivəsində müxtəlif mütəxəssislər və tələbələr, tələbə olmaq arzusunda olan gənclərə gələcəkdə uğurlu karyera qurmaq üçün düzgün ixtisas seçiminin vacibliyini izah edəcək və düzgün ixtisas seçimində onlara yardımçı olacaqlar.

Qeyd edək ki, bu məqsədlə gənclərə məlumat kitabçaları paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə