ABŞ-ın 15-ci ştatı Xocalı Soyqırımını tanıdı

ABŞ-ın 15-ci ştatı Xocalı Soyqırımını tanıdı

Martın 3-də ABŞ-ın İndiana ştatının senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş müzakirələr aparılıb və bu faciənin soyqırımı kimi tanınması haqqında qətnamə qəbul olunub. Bu barədə SİA AzərTac-a istinadən xəbər verir.

Sənəddə göstərilib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistana məxsus silahlı dəstələr Azərbaycanın Xocalı şəhərini işğal etmişi və burada 600-dən artıq günahsız insanın, o cümlədən çoxsaylı qadın və uşaqları amansızlıqla qətlə yetiriblər.

Qətnamədə bildirilib ki, BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi haqqında qətnamələrinə baxmayaraq rəsmi İrəvan bu günədək qətnamələrin icrasını təmin etməmiş, işğaln etdiyi əraziləri boşaltmayıb. Qətnamənin surətinin ABŞ Prezidenti, Senatı, Nümayəndələr Palatası, Dövlət Departamenti və Bakıdakı səfirliyinə göndəriləcəyi qeyd olunub.

Beləliklə İndiana Xocalı qətliamını soyqırımı kimi tanıyan ABŞ-ın 15-ci ştatı oldu. Keçən il Xocalı soyqırımına həsr olunmuş qətnamələri Texas, Nyu Meksiko, Tennessi, Oklahoma və Pensilvaniya ştatlarının senatları da qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə