Bu həftə işgüzar adamları nələr gözləyir?

Bu həftə işgüzar adamları nələr gözləyir?

QOÇLAR bu həftə qəmgin fikirlərdən uzaqlaşıb həyata nikbin nəzərlərlə baxmalıdırlar. Unutmayın ki, axırda gülən yaxşı gülər. Münəccimlər sizə intuisiyanıza güvənməyi məsləhət görürlər.
BUĞALAR perspektiv üçün işləməlidirlər. Sizin hər şeyi birdən əldə etmək üçün darıxmanıza baxmayaraq, istəklərinizə gərgin əmək sayəsində nail ola bilərsiniz. Necə deyərlər, könlü balıq istəyən, quyruğunu suya salar. Bəlkə də tərəfdaşlarınızı layihə və planlarınızın diqqətəlayiq olduğuna və gəlir gətirəcəyinə inandırmaq çətin olacaqdır. Lakin iş rejiminiz nə qədər gərgin olsa da, mütləq vaxt tapıb istirahət etməlisiniz.
ƏKİZLƏRİN dilxorçuluğu yaxşı əhval-ruhiyyə ilə əvəzlənəcəkdir. Axı, sevinc qəmlə əkizdir. Dilxorluğa səbəb olsa belə bunu ehtiyatlılıq kimi qəbul etməlisiniz. Çünki yalnız ehtiyatlı addımlarınız köhnə, müşkül və inadkar tərəfdaşlarınızla dil tapmağınıza kömək edəcəkdir.
XƏRÇƏNGLƏR həmkarlarından güclü və hərtərəfli dəstək alacaqlar. Özünüzü göyün yeddinci qatında hiss edəcəksiniz. Ehtiyatlı olun. Oradan tappıltı ilə düşə bilərsiniz. Rəqibləriniz yoldan çıxarmağa çalışacaqlar. Vəziyyəti daim nəzarətdə saxlayın. Təşəbbüsü başqalarının ələ almasına imkan verməyin.
ŞİRLƏRİN irəli sürdükləri ideyaların reallığına şübhə ilə yanaşan tərəfdaşlar yanıldıqlarını açıq şəkildə etiraf edəcəklər. Onları mühakimə etməyin. Axı, günahlarını yumaq üçün sizə dəstək olmağa çalışacaqlar. Bir də nəzərə alın ki, məhz onların sayəsində çox nüfuzlu insanların diqqətini cəlb etmisiniz və maliyyə problemlərinizin həllinə məhz bu insanlar kömək edəcəklər.
QIZLARA Neptun himayədarlıq edəcəkdir. Buna görə də özünüzü güclü və enerjili hiss edəcəksiniz. Enerjinizin aşıb-daşmasına baxmayaraq, diqqətinizi sizin üçün əsas olan məsələlər üzərində cəmləşdirməlisiniz. Elə enerjinizi isə məhz həmin məsələlərin həllinə yönəltməlisiniz. Son nəticə gözlədiyinizdən fərqlənsə də, ürəyinizcə olacaqdır.
TƏRƏZİLƏRİN səyləri yaxın günlərdə nəticəsiz qalacaqdır. Ümidsizliyə qapılmayın. Maraqlı təklifləri cəsarətlə qəbul edin, çünki perspektivli və maraqlı təkliflər ola bilər. İstirahət günlərini ailənizlə birlikdə keçirin. Son vaxtlar onlara diqqətiniz çox zəifləyib.
Son günlərin ölçülüb-biçilmiş qərarları ƏQRƏBLƏRİN məqsədə aparan yolunu işıqlandırıbdır. Siz diqqətinizi cəmləşdirib, ikinci dərəcəli bütün təkliflərdən imtina etməlisiniz. Bəzən çox emosional hərəkət edirsiniz, lakin indi külək istədiyiniz istiqamətdə əsir və sizi məqsədə doğru uçurur.
OXATANLAR mövcud işgüzar əlaqələrin möhkəm olmasına şübhə ilə yanaşırlar. Ola bilsin, haqlısınız. Bu münasibətlərin heç də hamısı zamanın sınağına davam gətirmir. Lakin təlaşlanmaq hələ tezdir. Çünki tərəfdaşlarınızın böyük hissəsi öhdəliklərinə sadiqdirlər və sizi yarı yolda qoymayacaqlar.
OĞLAQLAR planlarını həyata keçirə bilmirlərsə, bu onların ruhdan düşməsinə əsas vermir. Yeni ideyalar lazımlı vaxtda, lazımlı yerdə gələcəkdir. Siz vəziyyətin durmadan yaxşılığa doğru dəyişdiyini hiss edəcəksiniz. Bir də görəcəksiniz ki, məqsədiniz ovucunuzun içindədir.
DOLÇALAR göydəndüşmə uğurun eyforiyası içində olacaqlar. Başa düşün ki, bu uğurun əhəmiyyətini şişirdirsiniz və xoşagəlməz vəziyyətə düşə bilərsiniz. Ayıq-sayıq olsanız, vəziyyəti düzgün qiymətləndirə bilsəniz, lazımsız problemlərdən can qurtarıb, zirvədə qala biləcəksiniz.
BALIQLAR qənaətcil olsalar, maliyyə durumlarını düzəldəcəklər. Bu da işlərinizi yerindən tərpətməyə imkan verəcəkdir. Çox güman, rəqibləriniz bunu etməyəcəklər və vəziyyətə nəzarəti itirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə