Fransanın state.fr portalında Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yerləşdirilib

Fransanın state.fr portalında Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yerləşdirilib

Fransanın state.fr portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yerləşdirilib.
Məqalədə Dağlıq Qarabağ regionunun Azərbaycanın əzəli ərazisi olduğu diqqətə çatdırılır. 1988-ci ildən ermənilərin Dağlıq Qarabağı Ermənistana birləşdirmək iddiasına düşdükləri, Azərbaycana qarşı işğalçılıq siyasəti yürütdükləri, nəticədə yaranan müharibə nəticəsində 30 mindən çox insanın həlak olduğu bildirilir.
Müəllif yazır ki, ermənilər Dağlıq Qarabağı "müstəqil respublika" elan etmələrinə baxmayaraq, bu qondarma "respublika" beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyəti isə hələ də nəticəsiz qalır.
Məqalədə yer alan xəritədə Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisi kimi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə