Martın 4-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.
Əvvəlcə iclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək.
Milli Məclisin deputatları "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxacaqlar. Həmçinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.
Deputatlar "Akkreditasiya haqqında" Azərbaycan Respublikasının qanun layihəsini ikinci oxunuşda nəzərdən keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB