Bakını duman bürüyüb XƏBƏRDARLIQ

Bakını duman bürüyüb XƏBƏRDARLIQ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, hazırda paytaxt ərazisində qatı duman müşahidə olunur.

Müraciətdə hazırkı hava şəraiti ilə əlaqədar duman işıqlarından istifadə etmək və nəqliyyat vasitələrini minimum surətlə idarə etməyin zəruriliyi bildirilib.

İdarənin piyadalara müraciətində isə yolun hərəkət hissələrinə çıxmamaq, yolları piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən keçmək tövsiyə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə