Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə axşam saat 20:30 radələrində rayonun Quşqara kəndində qeydə alınıb. 39 yaşlı Müşviqə Mustafayeva qızı 13 yaşlı Samirə Ələkbərova ilə birlikdə vanna otağında çimərkən dəm qazından zəhərləniblər. Hadisədən bir qədər sonra xəbər tutan yaxınları dərhal həmin şəxsləri Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına gətiriblər. Ağır dərəcəli zəhərlənmə diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilən ana və övladının vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə yerinə baxış keçirən Göygöl Qaz İstismar Sahəsinin əməkdaşları hadisənin hansı şəraitdə baş verdiyini araşdırır.

.jpg)
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB