Gəncədə yol polisləri reydlərə başlayıb. SİA-nın verdiyi məlumata görə, şəhərin müxtəlif ərazilərində aparılan yoxlamalar zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də avtomobilin konstruksiyasında dəyişiklik edən xeyli sayda sürücü aşkarlanıb. Reydlər zamanı sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən sürücülərin gənclər olması, xüsusi diqqət çəkib. Bu sürücülər avtomobili sənədsiz idarə etməklə yanaşı, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqdan da çəkinməyiblər.
Qeyd edək ki, reyd zamanı 34 avtomobil cərimə meydançasına aparılıb, onlardan 9-u sərxoşluqla bağlı olub.

İlham Məmməzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB