Azərbaycan güləşçisi Macarıstanda “Qızıl Qran-pri” Beynəlxalq turnirdə bürünc medal qazanıb
Macarıstanın Szombatxel şəhərində böyüklər arasında yunan-Roma güləşi üzrə "Qızıl Qran-pri" Beynəlxalq turniri keçirilib.
Turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvü mübarizə aparmışdır.
Güləşçilərimizdən yalnız Rafiq Hüseynov (80 kq) medalçılar sırasında yer alıb. Turnirin ikinci günündə mübarizəyə qoşulan R.Hüseynov bürünc medal qazanıb.
Turnirin ilk günündə yarışan Taleh Məmmədov (66 kq) və Sabah Şəriəti (130 kq) medal qazana bilməsələr də ilk onluqda yer alıblar. T.Məmmədov 8-ci, S.Şəriəti isə 7-ci yerə sahib olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB