Bu dəqiqələrdə Rusiyadan qorxulu xəbərlər alınıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, prezident Vladimir Putin Ukraynaya qoşun yeritmək üçün Federasiya Şurasına müraciət edib. Xəbəri Kremlin mətbuat xidməti də təsdiq edib.
Xəbərdə deyilir ki, bunun üçün səbəb də tapılıb: "Ukraynada yaranmış qeyri-adi vəziyyətlə bağlı, Rusiya Federasiyasının vətəndaşlarının, bizim həmvətənlərimizin, Rusiya Silahlı Qüvvələrinin beynəlxalq saziş əsasında Ukrayna ərazisində (Krım Muxtar Respublikasında) dislokasiya edən şəxsi heyətinin həyatına yaranmış təhlükə ilə bağlı Rusiya Federasiyasının Konstitusiyasının 102-ci maddəsinin 1 hissəsinin "q" bəndinin əsasında Federasiya Şurasına Ukraynada ictimai-siyasi vəziyyət normallaşana qədər Rusiya Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsi ilə bağlı müraciət təqdim edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB