Yaxın 2 gün ərzində hava isti olacaq

Yaxın 2 gün ərzində hava isti olacaq

Martın 2-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da martın 2-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq rayonlarında hava çiskinli olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

Mülayim hava şəraiti ölkə ərazisində martın 3-də də davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə