ABŞ-da Xocalı faciəsi ilə bağlı bəyanat verilib

ABŞ-da Xocalı faciəsi ilə bağlı bəyanat verilib

Konqresmen Pit Olson (Pete Olson) Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə Konqresdə bəyanat verib. Bu barədə SİA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edən konqresmen Olson, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq müstəvisində həll edilməsinə kömək etmək üçün ABŞ-ın öz səylərini artırmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bəyanatın verilməsində ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə