Bakı metrosunun "28 May" stansiyasında aparılan tikinti işlərinin martın sonlarında tamamlanması planlaşdırılır. SİA-nın verdiyi xəbərə görə, Bakı Metropoliteninin "28 May" stansiyasında aparılan yenidənqurma işlərinin Novruz bayramı günlərinədək başa çatdırılması nəzərdə tutulub.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildiriblər ki, hazırda sərnişinlər stansiyanın yalnız əsas çıxışından istifadə edə bilirlər. Digər çıxışlarda təmir işləri davam etdirilir.
Stansiyada yerləşən yeni texniki korpusun tikintisi də yekunlaşmaq üzrədir. Yeni korpus metropolitendə hərəkətin idarə olunmasını, təşkilini və tənzimlənməsini, eləcə də sərnişinlərin təhlükəsizliyini təmin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB