Sağlamlığımızı qoruyaq

Ağstafa rayonunda ölkə prezidentinin sərancam və tapşırığı ilə rayon sakinlərinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası davam etdirilir. Bölgə müxbirinin verdiyi xəbərə görə, əhalinin sağlamlığının qorunmasına dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə fevral ayının 17-dən may ayının 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası Ağstafa rayonunda da davam edir. Aksiya rayon mərkəzi xəstəxanası ilə bərabər kənd xəstəxanalarında da aparılır. Sakinlər bu cür aksiyanın təşkilindən razı qaldıqlarını və müayinələrdən keçdiklərini bildiriblər.

Artıq Ağstafa rayonunda bir neçə idarə və müəssisə işçiləri müayinələrdən keçib. Bu barədə Ağstafa rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Mustafayev məlumat verib.

Müayinə üçün 8 həkim briqadası yaradılıb. Hər briqadada müxtəlif ixtisaslı 10 həkim, müayinələrin aparılmasında iştirak edir.

Qeyd edək ki, aksiya may ayının 1-dək davam edəcək.

Kamran Əskiparalı, Ağstafa

Bütün xəbərlər Facebook səhifəmizdə