Sabahdan Bakıya verilən içməli suyun həcmi azaldılacaq vətəndaşların nəzərinə

Sabahdan Bakıya verilən içməli suyun həcmi azaldılacaq vətəndaşların nəzərinə

Kür-Bakı magistral su kəmərlərinin birinin qəzalı vəziyyətdə olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə verilən içməli suyun həcmi azaldılıb. "Azərsu" ASC-dən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar 1-5 mart tarixlərində Yasamal, Binəqədi, Nərimanov, Nizami, Xətai və Qaradağ rayonlarının 24 saat fasiləsiz su ilə təmin olunan bəzi yerlərində içməli suyun verilməsi səhər və axşam olmaqla qrafik rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə