İnteraktiv nağıl sevənlərə MÜJDƏ

Artıq Azərbaycanda da interaktiv nağıllar hazırlanır
İnteraktiv nağıl sevənlərə MÜJDƏ

Kompyuter Oyunları Milli Assosiasiyası (AzKOMA) Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə "Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar" layihəsinin ikinci mərhələsi artıq başa çatıb. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, layihənin ikinci mərhələsi çərçivəsində "Qızıl ilan" və "Təlimli pişik" nağılları ərsəyə gətirilib.

özügedən layihənin maliyyələşdirilməsi AGF tərəfindən həyata keçirilib. Layihə çərçivəsində hazırlanmış interaktiv nağıllar azyaşlıların və yeniyetmələrin maariflənməsi və inkişafına yönəldilib.

İnteraktiv nağıllar dünyada geniş istifadə olunan "touch screen" imkanlarını dəstəkləyən platformalarına uyğun hazırlanıb. Nağılların planşet kompyuter və smartfonlar da daxil olmaqla ən müasir texnologiyaların vasitəsilə izlənilməsi mümkündür.

Qeyd etmək lazımdır ki, bu layihənin unikallığı nağılları izləyən uşağın özünü orada baş verən proseslərin iştirakçısı kimi hiss etməsi, istədiyi əşyaya toxuna və ekranda baş verənlərə birbaşa müdaxilə edə bilməsidir. Üstəlik, nağılları səssiz izləmək də mümkündür. Belə ki, uşaqlar interaktiv cizgi filminin səsini (nağılın süjetinin gedişatının audio-səslənməsinin dayandırıldıqdan sonra) tam almaqla subtitrlərin köməyilə nağılı özləri oxuya bilərlər. Bu da öz növbəsində balacaların oxumaq, təxəyyüllərini genişləndirmək və ünsiyyət yaratmaq qabiliyyətlərinin inkişafı üçün olduqca önəmlidir. Ən əsası ilə uşaqlarımız kiçik yaşlarından başlayaraq müasir informasiya-kommunikasiya texnologiyaları ilə tanış ola və onlarla işləməyi öyrənə biləcəklər.

Hazırda layihə çərçivəsində hazırlanmış bütün nağılları yükləmək mümkündür. Belə ki, siz Play Marketin köməyilə https://play.google.com linkinə daxil olub istədiyiniz nağılın adını və yaxud istehsalçının adını (AzKOMA) axtarışa vermək yolu ilə onu əldə edə bilərsiniz.

Bəzi interaktiv nağılları oxucularımıza təqdim edirik:

https://play.google.com/store/apps/details?id=air.Bostanciveshahabbas - Bostançı və Şah Abbas

https://play.google.com/store/apps/details?id=air.Qizililan - Qızıl İlan

https://play.google.com/store/apps/details?id=air.Logmanveshagirdi - Loğman ilə Şagirdi

https://play.google.com/store/apps/details?id=air.Cinnagili - Cin Nağılı

https://play.google.com/store/apps/details?id=air.Talimlipishik - Təlimli Pişik

https://play.google.com/store/apps/details?id=air.Yoxsulqocailevezir - Yoxsul qoca və Vəzir

Digər nağıllara isə göstərilən link vasitəsi ilə tanış ola bilərsiniz:

https://play.google.com/store/search?q=azkoma&c=apps

Bütün xəbərlər Facebook səhifəmizdə