ƏƏSMN və KİVDF-nin birgə yazı müsabiqəsi ELAN EDİLDİ

ƏƏSMN və KİVDF-nin birgə yazı müsabiqəsi ELAN EDİLDİ

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı

Müsabiqənin məqsədi:

Vətəndaşların əmək və sosial müdafiə hüquqlarının və bu hüquqların təminatı sahəsində aparılan işlərin KİV vasitəsilə cəmiyyətdə daha geniş təbliğinin dəstəklənməsi, əmək və sosial müdafiə sahəsi üzrə aktual mövzuların medianın gündəminə çıxarılmasına və həmin mövzularda jurnalist səriştəlililiyin artırılmasına şərait yaradılması.

Müsabiqənin istiqamət və mövzuları:

Sıra

İstiqamət

Mövzular

1.

Sosial müdafiə sisteminin müasir tələblərə uyğun qurulması və əhaliyə xidmətin təkmilləşdirilməsi

1. Aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biridir

2. Sosial müdafiə sistemində islahatlar: Şəffaflıq və keyfiyyətli xidmətə doğru

3. Dövlət sosial yardım sistemində avtomatlaşdırma şəffaflığın təminatında əsas vasitədir

2.

Vətəndaşların əmək hüquqlarının təminatı, əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi və qeyri-leqal məşğulluğun aradan qaldırılması

1. Əmək müqaviləsi: əməyinə və gələcək sosial təminatına sahib ol!

2. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminin yaradılması qeyri-leqal məşğulluğun aradan qaldırılmasına yönəlib

3. Sağlam və təhlükəsiz əmək hər bir vətəndaşın hüququdur

3.

Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası

1. Sağlamlıq imkanları məhdud olsa da, cəmiyyətə inteqrasiya imkanları məhdud deyil.

2. Bərabər hüquqlar - bərabər imkanlar

3. Sosial infrastruktur həm də əlillərin istifadəsinə uyğun olmalıdır

4.

Sosial təminat və sosial xidmətlər sisteminə baxış

1. Tənha ahıllarla bağlı dövlət siyasəti milli-mənəvi dəyərlərə əsaslanır

2. Sosial xidmət sisteminin cəmiyyətin ehtiyaclarına uyğun qurulması

3. Sosial xidmət müəssisələri dövlət qayğısı ilə əhatə olunub

5.

İşçi qüvvəsinin müasir əmək bazarına uyğun olaraq keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran vətəndaşların aktiv məşğullluq tədbirlərinə cəlb olunması

1. İqtisadi tərəqqi əmək bazarında keyfiyyətli işçi qüvvəsinə tələbi artırır

2. Peşə standartları peşə təlimi sisteminin iqtisadi sferanın tələblərinə uyğunlaşdırılmasında əsas baza rolunu oynayır

3. Məşğulluğun təminatında aktiv məşğulluq tədbirləri mühüm önəm kəsb edir

Müsabiqədə iştirak üçün şərt:

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara dair tələblər:

1. Yazının sərlövhəsi elan edilmiş mövzulardan biri ilə eyni olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Yazıda "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

5. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində - 12, diskdə) variantları təqdim olunmalıdır.

6. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır.

7. Müsabiqə 28 fevral 2014-cü il tarixdə başlayır və 30 may 2014-cü il tarixdə başa çatır.

Yazılar rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Tələb olunan sənədlər:

1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti

2. Şəxsi VÖEN və surəti

3. Şəxsi bank rekvizitləri (Şəxsi VÖEN əsasında açılmış)

4. Şəxsiyyət vəsiqəsi və surəti

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Qiymətləndirmə meyarları:

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə:

I yer - 1000 manat

II yer - 700 manat

III yer - 500 manat

Həvəsləndirici mükafat - 200 manat

Qaliblər həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazının istiqaməti

Yazının adı

MüəllifinAdı, soyadı, atasının adı

Mətbuatda təxəllüsü (əgər varsa)

İşlədiyi KİV

Vəzifəsi

Yazının dərc olunduğu mətbuat orqanı

Ünvanı və poçt indeksi

-iş telefonu

-ev telefonu

-mobil telefonu

-elektron poçt ünvanı

Şəxsin imzası ________________ Baş redaktorun imzası________________

M.Y.

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2014-cü il

Ünvan : Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 45; (012) 537 19 41;

Elektron ünvan :[email protected], [email protected], [email protected]

www.kivdf.gov.az

Bütün xəbərlər Facebook səhifəmizdə