Mart ayının ilk üç gününün hava proqnozu AÇIQLANDI

Mart ayının ilk üç gününün hava proqnozu AÇIQLANDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu mart ayının ilk üç gününün hava proqnozunu açıqlayıb. SİA-ya açıqlamasında büronun baş hidroloqu Asif Verdiyev bildirib ki, mart ayının 1-i gündüz saatlarından başlayaraq ölkə ərazisində yağıntılar tədricən kəsiləcək.

Onun sözlərinə görə, bölgələrdə martın 2-də və 3-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq: "Temperatur rejimi ötən günlərlə müqayisədə nisbətən yüksələcək. Bakıda və Abşeron yarımadasında martın 1-i gündüz saatlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Martın 2-də və 3-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacağı, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu günorta saatlarında Bakıda və Abşeron yarımadasında 7-11 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcə isti, dağlıq rayonlarda isə 2-7 dərəcə isti olacaq".

Qurum rəsmisi deyib ki, mart ayının 2-dən başlayaraq mülayim və yağmursuz hava şəraiti müşahidə olunacaq: "Temperatur rejimi ayın 2-dən və 3-dən sonra yüksəlməyə doğru gedəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə