Bu gün Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ərəb dilində nəşr edilən "Əl-Ədalət Li Xocalı" (Xocalıya Ədalət) kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, Liviya, Səudiyyə Ərəbistanı, Qətər, Mərakeş və Fələstinin Azərbaycandakı səfirliklərinin nümayəndələri və QHT təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Şura sədri Azay Quliyev söyləyib ki, kitab Şuranın elan etdiyi müsabiqə çərçivəsində "QHT Nəşriyyatı"nda çap olunub.
Onun sözlərinə görə, kitabın ərsəyə gəlməsində əsas məqsəd Xocalı soyqırımı barədə məlumatları ərəb ictimaiyyətinə təqdim etməkdir.
Çıxışı zamanı Xocalıda baş verən hadisələrin müxtəlif terminlər vasitəsilə ifadə edilməsinə toxunan A. Quliyev söyləyib ki, bəzən Xocalıda baş verənləri qətliam, faciə adlandırırlar: "Bu soyqırımdır və mən səfirliklərin nümayəndələrindən də xahiş edərdim ki, bu barədə danışanda "soyqırımı" ifadəsindən istifadə etsinlər. İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası da Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Ayrı-ayrı ölkələrin parlamentlərinin də Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməsini istəyir və umuruq. Ərəbdilli ölkələrin səfirliklərinin nümayəndələrindən bizim bu xahişimizin öz ölkələrinə çatdırmasını istəyirik. QHT-lərə Dövlət Dəstəyi Şurası soyqırımının ərəb ölkələrində tanınması üçün lazımı materialları təqdim etməyə hazırdır".
Kitabın müəllifi Əli Rzazadə çıxış edərkən müəllifi olduğu kitab və Xocalı soyqırımı barədə danışıb.
Tədbir QHT təmsilçilərinin çıxışları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB